Milli Şura və Qarabağ Komitəsi eyni məkan, eyni gün və eyni saata mitinq təyin edib.
Milli Şura və Qarabağ Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrı-ayrı etdikləri müraciətlərdə aprelin 20-si saat 15:00-dan 17:00-dək Yasamal rayonu ərazisində yerləşən “İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirmək arzusu ifadə olunub.