Aktual
“Milyarderlər İttifaqi”nin üzvü Azərbaycan jurnalistlərinə ev tikir

Bu sensasion məlumatı Söyün Sadıqovun özü verib
Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Azərbaycan jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikəcək.
Bu sensasion məlumatı Söyün Sadıqovun özü verib. O, əməkdaşımızla söhbətində deyib ki, hazırda binanın tikintisi üçün yerin müəyyənləşdirilməsi və sənədləşmə işlərinin başlanmasına hazırlıq gedir.“Milyarderlər İttifaqı”nın üzvü əlavə edib ki, şəxsi vəsaiti hesabına tikəcəyi evləri jurnalistlərə pulsuz paylayacaq. Namizədlər 10 ildən artıq mətbuatda işləyən evsiz jurnalistlər arasından seçiləcək. Bölgü şəxsən S.Sadıqovun nəzarəti altında açıq püşkatma yolu ilə aparılacaq.(azpolitika)