ArxivXəbər lentiXəbərlər

Mingəçevir xəstəxanaları Qarabağ əlillərinə zülm edirlər

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Mingəçevirdə xəstəxana rəhbərlərinin Qarabağ əlillərinə qanunsuz münasibəti ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

QAT-dan FaktXəbər-ə göndərilən müraciətdə yazılır: Azərbaycan Respublikasının Mingəçevir şəhərində Qarabağ müharibəsi əlillərinin müalicəsi ilə bağlı tibb müəssisələrinin yaratdıqları problemlərə dair şikayətlərin əsasında Sizə müraciət edirik. Azərbaycan Respublikasının “Əlillərin sosial müdafiəsi haqqında Qanunu” nun 41-ci maddəsinə görə, Qarabağ müharibəsi əlillərinə bütün tibb müəssisələrində növbədənkənar xidmət göstərilməsi nəzərdə tutulur. Xeyli vaxtdır ki, Mingəçevir şəhərində qanunun bu maddəsi kobud şəkildə pozulur, tibb müəssisələrinin rəhbərləri, xüsusilə də Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Könül Ələkbərov həmin şəhərdə “pilot layihəsi” nin həyata keçirildiyini bəhanə gətirərək, Qarabağ müharibəsi əlillərinin müraciətlərinə məhəl qoymur, təhqir edir, onlara növbədənkənar xidmət göstərmək istəmirlər.

Biz pilot layihələrin həyata keçirilməsinin əleyhinə deyilik. Lakin istənilən layihə insanların, birinci növbədə Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməli, onlar üçün əlavə problemlər yaratmamalıdır. Bəzi məmurlar başa düşmək istəmir ki, müharibədə yara almış hər bir əlilin həyatı hər an təhlükə altındadır, ona dərhal tibbi yardım göstərilməsə, həyatını itirə bilər. Siz dəfələrlə bu məsələləri çıxışlarınızda bidirmiş, məmurlara tapşırıqlarınızı vermisiniz. Hörmətli xanım Birinci vitse-prezident Mehriban Əliyeva da bir neçə gün əvvəl yaralı, əlil əsgər və zabitlərlə görüşündə bu məsələləri xüsusi olaraq vurğulamışdır. Bu məsələni nəzarətinizə götürməyinizi, dərhal tədbirlərin görülməsi üçün göstərişlər verməyinizi xahiş edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button