ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Minlərlə sünni alim Ayətullah Xameneiyə məktub yazdı

Qafqaz.ir IRNA-ya istinadən xəbər verir ki, İranın 3 min əhli-sünnə alimi İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneiyə məktub yazıblar.

Məktubda deyilir:

“Artıq sizin müdrik və iradəli rəhbərliyiniz altında layiqli səbir dövründən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) qüdrətli qəhrəman əli İslam ümmətinin qəzəb atəşi və ilahi ordu ilə 1 oktyabr axşam saatlarında (Fələstinin) işğal edilmiş ərazilərin(in) qəlbinə (İsrailə) zərbə endirdi. Bu, şəhidlərin ürəyidağlı ailələrinə, Fələstinin müdafiəsiz xalqına və dünyadakı azadlıq uğrundakı bütün mübarizlərə təsəlli verdi və (onların qəblərinə) fərəh-sevinc gətirdi, Müqəddəs Qüdsdəki sarsılmaz və yenilməz döyüşçülərə isə lənətlənmiş sionist rejimi ilə mübarizədə onun – dünya imperializminin qeyri-qanuni doğulmuş “uşağının” biabırçı mövcudluğunun sonunadək yeni güc və yorulmaq bilməyən qətiyyət verdi“.

Ələvə edilir ki, İranın sünni əhalisini təmsil edən məscid imamları, xətiblər, alimlər “vəhdət yolunun davamçıları” olaraq Ayətullah Xameneiyə Tehrandakı cümə namazına və oradakı bəyanatlarına görə öz dərin minnətdarlığını bildirirlər və “İmam Xomeyni və şəhidlərin ideallarının“, “böyük rəhbər” olan Ayətullah Xameneinin yolu ilə gedəcəklərini təsdiq edirlər.

“Biz qəhrəman Sepah və İran İslam Respublikasının şanlı Silahlı Qüvvələrinin işğalçı cə uşaq qatili rejimə qarşı keçirdiyi uğurlu “Doğru vəd – 2” əməliyyatına görə Sizin müdrik liderliyinizə, Allah yolundakı komandirlərə və döyüşçülərə öz qəlbi minnətdarlığımızı ifadə edirik“, – deyə vurğulanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button