ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu qrupun həmsədrlərinin yaxın günlərdə Qafaqz məntəqəsinə səfər edəcəklərindən xəbər verib.
APA-nın məlumatına görə, Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb: Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrədə görüşmələrindən bəri Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımların atılması xüsusunda danışıqların davam etdirilməsi üçün Minsk qrupu həmsədrləri yenidən məntəqəyə səfər edəcəklər.
C. Uorlik həmçinin deyib: regionda sülhün bərqərar edilməsi üçün müzakirələrin aparılması zəruridir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri 19 dekabrda İsveçrənin paytaxtı Bern şəhərində görüşüb, danışıqlar aparmışdılar. Amma, bu danışıqlarda hansısa qəti bir nəticə əldə edilməmişdi.