Xəbərlər

ABŞ-dan Azərbaycan üçün «qara xəbər»

ABŞ Mərkəzi Bankının (FES) aylıq dollar çapını 10 milyard azaltması artıq iki gündür ki, dünya birjalarında çaxnaşma yaradıb. Qərarın ilk günündə qızılın ünsiyası 1235 dollardan 1200 dollara qədər düşmüşdüsə, dünən artıq 1293 dollar civarında dəyişib.

Beynəlxalq analitiklər qiymətli metalın dəyərinin 2014-ci ilin sonuna kimi 1000 dolların altında, hətta 950 dollara qədər enəcəyini proqnozlaşdırırlar. Əlbəttə, bazara göstərə biləcək təzyiq riçaqlarındann biri də mart ayından etibarən ABŞ-ın dollar çapını, ümumiyyətlə, dayandırması haqqında qərarı olacaq. ABŞ-da son illərdə baş verən böhranın, dövlət borcunun artması federal hökuməti əlavə pul çapına sövq etmişdi. FES aylıq 85 milyadr dollar çap etməkdə dövlət borcları örtdü. Son ayların nəticələrinə görə, ABŞ-da işsizlik səviyyəsi azalmağa, iqtisadi inkişaf tempi isə artmağa doğru gedir. Bu səbəbdən, tədricən aylıq dollar çapını minimuma endirmək haqqında qərar çıxarılıb. Bu qərar ABŞ iqtisadiyyatını dirçəltsə də, digər dövlətlərə ciddi təsirlər göstərməyə başlayıb. Dünya bazarında qızılın qiymətinin baha olduğu ərəfədə rezervlərinə qiymətli metal əlavə edən fond və bankların aktivlərində itkilər baş verə bilər. Məsələn, Azərbayca Dövlət Neft Fondu 2013-cü ilin sonuna kimi 30 ton qızıl alaraq rezervlərinə daxil edib. Bu qızılın bir hissəsi qiymətlərin ən pik həddində 1700 dollarünsiya olduğu vaxt alınıb. Ondan sonra qiymətlər tədricən aşağıya doğru düşüb. Bu zaman Fondun qızıl siyasəti ekpertlər tərəfindən kəskin tənqidə məruz qaldı. Onların fikrincə, DNF burada zərərə məruz qalacaq. Həqiqətən də, 2012-ci ildə Fondun aktivlərində 500 milyon dollara qədər itki baş verdi. Lakin qızıl alışını davam etdirən DNF 2014-ci ilin sonuna kimi prosesin davam edəcəyini bəyan edir. Qızıl ilin rüblərindəki qiymətə uyğun olaraq alınaraq rezervlərə daxil edildiyindən, gələn il Fond tərəfindən orta qiymət açıqlanacaq. Bu baxımdan hazırda qiymətlərin ucuzlaşması Fondun xeyrinə olduğunu deyə bilmərik. Çünki son iki ildə aldığı qiymətli metalın dəyəri 1700-1300 dollardan aşağı olmayıb. 2014-cü ildə isə kəskin şəkildə ucuzlaşacaq. Belə olan təqdirdə, DNF qiymətlərin bahalaşmasını gözləməli olacaq ki, aktivlərində, ən azı itkiləri kompensasiya edə bilsin. FES-in son qərarı tək qızıl bazarında deyil, dollara nisbətdə digər valyutaların ucuzlaşmasında da özünü göstərdi. Məsələn, dünən 1 dollar 2,09 YTL-yə, 0,73 avroya və 0,61 funt-sterlinq təklif olunub. Bu, 2008-ci maliyyə böhranından sonra dolların ən çox bahalaşdığı dövrdür. 2014-cü ildə isə ABŞ valyutasının məzənnəsinin daha da möhkəmlənəcəyi proqnozlaşdırılır. Bu isə, neft bazarına əks təsir göstərəcək. Beynəlxalq analitiklər «qara qızıl»ın 90 dollarbarellə qədər ucuzlaşacağını proqnozlaşdırırlar. İndiki vəziyyətdə isə neft, hələ ki, dollara qarşı təzyiq göstərdiyini deyə bilərik.

Azərbaycanın milli valyutası manat da dollara qarşı təzyiq göstərənlər sırasındadır. Hazırda 1 dollar 0,78 qəpiyə təklif olunur. Lakin ekspertlər bildirir ki, Azərbaycan Mərkəzi Bankı manatın sabitliyini ucuz müddət saxlamaqda çətinlik çəkəcək. Çünki bunun üçün rezervlərini xərcləməlidir. Əks halda, manatın ucuzlaşmasını müşahidə edəcəyik. Manatın dəyərdən düşməsi isə yüksək inflyasiya riskini artıra, əhalinin sosial yaşayışına mənfi təsir göstərə bilər. Əvəzində isə ixracat imkanları genişlənə, daxili istehsal dirçələ bilər. Amma ölkədə neftdən başqa məhsulun ixracatda payının 4-5 faiz olduğunu da nəzərə almaq lazımdır. Bu illər ərzində yerli istehsal məhv olduğundan onu manatın ucuzlaşması ilə yenidən stimullaşdırmaq mümkün deyil.

Dövlət Neft Fondunun isə gələn il üçün valyuta səbətində ciddi dəyişiklik edilib. Prezidentin fərmanına əsasən, 2014-cü ildə DNF-nun aktivlərinin 35 faizi avroda, 50 faizini dollarda saxlanılacaq. Qeyd edək ki, 2013-cü il üçün valyuta səbətinə görə, avronın payı 40, faiz dolların payı isə 50 faizdir. Hazırki proqnozlara görə avronun azaldılmasını çevik müsbət qərar hesab etmək olar. Çünki avronun dəyəri aşağıya doğru gedir. Burada dolların bahalaşması DNF-nın avro və digər rezervlərdəki itkisini kompensasiya edəcək.

bizimyol

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button