Misirdə daxili müharibə İslam dünyası və region üçün bir faciə olacaq

Əgər belə bir hərəkət həyata keçirilərsə amerikanlar İraq və Əfqanıstanda olduğu kimi mütləq zərər edəcəklər
İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei münasib islami hökumətin yeddi mühüm xüsusiyyətini bəyan edərək belə buyurublar: Amerikanın Suriyaya ehtimalı müdaxiləsi faciədir.
irna aqgentlinin verdiyi məlumata gorə, Ayətullah Seyid Əli Xamenei bu gün İranda 11-ci hökumətin nazirlər kabinetinin birinci görüşündə regionun həssas və böhranlı vəziyyətinə işarə edərək bildirib: Məntəqədən kənar və xarici qüdrətlərin bir ölkəyə müdaxiləsinin müharibə alovunu daha da alovlandırmaqdan başqa bir nəticəsi olmayacaq və xalqların hücumlara qarşı nifrətini artıracaqdır.
Ayətullah Seyid Əli Xamenei sonra belə bildirib: Regionda müharibə alovunu alovlandırmaq barıt anbarına bir qığılcım kimidir ki, onun cəhətləri və mənfi nəticələri naməlumdur.
Ayətullah Əl-üzma Xamenei Suriya hadisələri haqda və Amerikanın ehtimali hərbi müdaxiləsi region üçün bir faciə olduğunu bildirərək deyib: Əgər belə bir hərəkət həyata keçirilərsə amerikanlar İraq və Əfqanıstanda olduğu kimi mütləq zərər edəcəklər.
İslam İnqilabının Böyük Rəhbəri Misir hadisələri haqda da belə buyurublar: İİR heç bir vəchlə Misirin daxili işlərinə müdaxilə etmək istəmir, amma Misir xalqının qırğını haqda sükut etmək olmaz.
Həzrət Ayətullah Əl-Üzma Xamenei sonra belə bildiriblər: Misirdə kəskin şəkildə daxili müharibədən çəkinmək lazımdır. Çünki Misirdə daxili müharibə İslam dünyası və region üçün bir faciə olacaq.