Aktual

Mitinqdən əvvəl və aksiya zamanı müşahidələr

Meydanda islamçılar öz fəallığı ilə seçilir, daha çox isə “Allahu əkbər” şüarları eşidilirdi.

Sözsüz ki, günün əsas mövzusu Milli Şuranın keçirdiyi mitinqdir, aksiya barəsində yazmazdan əvvəl mitinq qabağı məsələləri nəzərdən keçirək.

Milli Şura sonuncu toplantısında Bakıda azad seçki tələbi ilə bağlı mitinq keçirmək qərarı vermişdi, keçirəcəkləri kütləvi tədbirə yer ayrılması və icazə verilməsi üçün Bakı şəhər icra hakimiyyətinə müraciət ünvanladı. Bakı şəhər icra hakimiyyəti isə təşkilatçılara 3 yer təklif etdi, bunlar- Nərimanov parkı, Təbriz kinoteatrı və 20-ci sahədəki sürücülük məktəbinin həyəti idi.

Bir neçə gün mətbuat və sosial şəbəkələrdə mitinqlə bağlı geniş müzakirələr, fikir mübadilələri, aparıldı, ancaq nəyəsə görə yer seçimi ilə bağlı fikir ortalığa qoyan olmadı, sanki hamı mitinqin keçirilməsi üçün məqbul variant kimi sürücülük məktəbinin həyətini bilirdi.

Mitinq qabağaı aparılan təbliğat kampaniyasında daha çox yadda qalan məqamlara baxsaq görərik ki, bunlar Milli Şuradakı daxili ziddiyyətlər, hakimiyyətin vahid namizəd üçün yaratdığı əngəllər və mitinqə çağrışlardır.

Milli Şuranın daxili ziddiyyətləri həm bəsit, həm yorucu, həm də təkrarçılığı ilə vətəndaşları, ictimaiyyəti bezdirir. Cəmiyyətdə haqlı olaraq narazılıq yaranır ki, nə üçün Milli Şura üzvləri vahid namizədin hüquqi problemi olduğu halda onu vahid namizəd kimi seçiblər, Rüstəm İbrahimbəyovun pasport problemi aradan qaldırılmırsa Milli Şura alternativ namizədini ortaya qoyması prosesi niyə bu qədər ağrılı gedir?

Bu istiqamətdəki müzakirələri izlədikdə müxalif siyasilərin şəxsi ambisiyalarından uzaqlaşa bilməməsi, eqolarının əsirinə çevrilməsini görürük ki, onların belə davranışları ictimaiyyətin gözündə müxalif liderləri çox kiçildir.

Cəmiyyətdə haqlı olaraq sual yaranır ki, Rüstəm İbrahimbəyov adi bir pasport problemini həll edə bilmirsə problemləri xirtdəydən yuxarı olan Azərbaycanın müşküllərini necə aradan qaldıracaq? Bu sula bəlkə bir çox hallarda və siyasətçilər üçün yersizdir, konkret olaraq Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı məsələsində isə yerinə düşür.

Mitinqə çağrış məsələsində də qüsurlar az deyil, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və digər siyasi müxalif liderlər birbaşa xalqa mitinqə çağrış etməmələri də gülməli görünür, çağrışları daha çox gənclər edir, ancaq seçki ilində, hələ də Azərbaycan kimi cəmiyyətdə müxalif liderlər gərək xalqın içində olsun.

Sosial şəbəkələrdə bəzən liderlərin mitqinə qatılmama ehtimalını irəli sürən və xalq arasına çıxmamağın doğruluğunu isbatlama çalışan sıravi müxaliflərə də rast gəlmək olurdu, özü də daha qızğın mübahisələri elə onlar aparırdı.

Rayonlardan da mitinqə qatılmaq arzusunda olanlar vardı, Azərbaycanın müxtəlif regionlarında olan rayon əhalisi, yerlərdəki fəal müxaliflərin təbliğatı və internetdən aldıqları məlumatlardan mitinq haqqında xəbəri vardı. İndi bütün rayonların adını çəkə bilmərəm, ancaq xəbər lentlərindən görürük ki, müxtəlif rayonlardan Bakıya mitinqdə iştirak etmək üçün gəlmək istəyən fəallar və narazı vətəndaşlar ya elə rayon avtovağzallarında polis tərəfindən saxlanılıb, ya da evindən aparılıb.

Hakimiyət tərəfindən görülən bu cür tədbirlər əslində axmaqlıqdır, çünki rayonlardan icazəli mitinqlərə gələn vətəndaşlara mane olmaqla, onlarn qabağın almaqla dünya ictimaiyyətinin gözündə imicinə, nüfuzun zədə vermiş olur, zatən həmin adamların mitinqdə iştirakı siyasi ab havanı dəyişməyəcək, ortalıqda hakimiyətin abrı gedir, əlbəttə əgər əliyev rejiminin abrı qalıbsa.

Təyin olunduğu kimi avqustun 18-də saat 17:00-dan etibarən 20-ci sahədəki sürücülük məktəbi polis maşınlarnın, polis qoşunlarının əhatəsində idi, yavaş yavaş jurnalistlər, müşahidəçilər, beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələri mitinq üçün təyin olunmuş yerə doğru irəliləyirdi, yollarda yol polisinin xidməti maşınları həmişəkindən daha çox idi.

Sürücülük məktəbinin girişi və əhatəsində metal hasarlar quraşdırılmışdı, meydana ilk girən gənclər oldu, əsasən NİDA vətəndaş hərəkatının üzvləri daha çox gözə dəyirdi, ancaq onlardan başqa partiyanın gənclər təşkilatlarının da nümayəndələri mitinq yerinə doğru irəliləyirdi. Ondan sonra söz verdikləri üzrə islamçılar da öz kalonları ilə mitinqdə iştirak üçün meydana girdi, daha sonra isə Milli Şura təmsilçiləri və şəhid ailələri.

Mitinqin ilk başlandığı dəqiqələrdə narazı vətəndaşlarla polis arasında bir neçə insident baş verdi, çıxış üçün tribunlara tərəf gedən müxalif liderlər şüarlarla müşayət olunurdu. Bu yazı yazılan zaman mitinq davam edirdi, meydanda islamçılar öz fəallığı ilə seçilir, daha çox isə “Allahu əkbər” şüarları eşidilirdi.

islamtimes.org/az/ 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button