ArxivXəbər lentiXəbərlər

MMDİB Hacı Abgülün ad günündə kimsəsizləri sevindirdi – Foto

İlahiyyatçı Hacı Abgül Süleymanovun doğum günündə “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi və “Muminin-Cəfəri” qrupu ilə birlikdə kimsəsiz uşaqları sevindirib
İslamazeri.az-ın verdiyi xəbərə görə, məhbəs həyatı yaşayan hacı Abgül Süleymanovun ad günü münasibəti ilə MMDİB Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbində məskunlaşan uşaqlar üçün tədbir təşkil edib.
Tədbirdə uşaqlar üçün müxtəlif əyləncəli proqramlar keçirilib. Hacı Abgülün sifarişi ilə uşaqlar üçün tort hədiyyə edilib. Tortun üstündə Abgül Süleymanovu bu cümləsi qeyd edilib: “Mən dualarımda uşaqlar üçün xüsusi yer ayırıram.” Həmçinin uşaqlar üçün ehsan süfrəsi də təşkil olunubdu.
“Mumin-Cəfəri” qrupunun rəhbəri Mehdi Dərbəndi də öz ilahiləri ilə tədbirdə çıxış edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button