İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının katibi Möhsün Rzayi Nigeriyada bu ölkə şiələrinin mənəvi rəhbərinə qarşı edilən hörmətsizliyi və çoxlu sayda günahsız insanın qətlə yetirilməsini İslam Dünyasına qarşı təhlükəli oyunun bir parçası adlandırıb və İran İslam Respublikasının bu məsələyə münasib reaksiya verməsini istəyib.
Möhsün Rzayinin Nigeriya olayları ilə bağlı bəyanatında deyilir: Bir müddət öncə Azərbaycanda Hüseyn(ə) əzadarlarına hücum edildi və əzadarları himayə etmək yerinə, hücumçular müdafiə edildi. Bəlkə də İran İslam Respublikası o zaman münasib reaksiya vermiş olsaydı, bu gün Nigeriyada bu ağrılı faciənin şahidi olmazdıq. Bəhreyn və Yəməndən tutmuş Afrikaya və Avropaya qədər İslam İnqilabının ali ideyaları onun beşiyi olan “İran”da laqeyd münasibət ilə üzləşməməlidir.
Nigeriya hadisələri və onlarla müdafiəsiz müsəlmanın qətlə yetirilməsi böyük bir insan faciəsidir. Bu hadisə İslam Dünyasına qarşı təhlükəli bir plandan xəbər verir. Bir tərəfdən müsəlmanlar və islam məzhəbləri arasında ixtilafın törədilməsi, digər tərəfdən isə müqavimət qruplarının repressiya edilməsi dünya imperializmi və sionizmin xeyrinədir.
İran İslam Respublikası bu kimi fitnələrin qarşısını almaq üçün kifayət qədər böyük potensiallara malikdir. İran diplomatik və ciddi addımlar çərçivəsində bu kimi hərəkətlərin qarşısını ala bilər.