Mömin əhəmiyyətsiz yanaşmır

Mömin əhəmiyyətsiz yanaşmır
Qafqaz mədəniyyət mərkəzi-“Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edirsiniz.”
(“Ali-İmran” surəsi, ayə 110)
– Sən yaxşı ictimai münasibətlər yarada bilirsən. Bir nəfəri pislikdən çəkindirmək üçün mənimlə bir yerə gedə bilərsənmi?
– O, kimdir? Nə edir?
– Küçəmizdə süd məhsulları satanı deyirəm. Özüm neçə dəfə görmüşəm ki, həm çəkidə verir, həm də südə su qatır.
– İşin olmasın! Özünü başağrısına salma. Özü bilər, Allahı bilər.
– Bəs onda nə üçün imam Hüseyn (ə) buyurub: “Heç bir mömin üçün rəva deyil ki, Allaha itaətsizlik edildiyini görsün, amma o vəziyyəti dəyişməyincə gözünü ondan örtsün.”[1]
[1] . Şeyx Tusi;“Əmali”, səh. 55.