Moskvada martın 27-də Rusiya Müftilər Şurasının nəzarəti altında Qurani Kərim festivalı keçiriləcək.
festival Moskvanın “Came” məscidində təşkil olunacaq. Festivalda 10 mindən çox insanın iştirakı gözlənilir. Festivala gələn insanlar həmçinin festival çərçivəsində təşkil olunacaq İslami kitablar və ərəb xətt nümunələri sərgisinə baxış keçirə bilərlər.
Festival çərçivəsində həmçinin 14 yaşdan az uşaqlar üçün Quranın qiraəti yarışması keçiriləcək.
Festival çərçivəsində həçinin Namaz mövzusunda seminarlar təşkil olunacaq. Ərəb dilində şer yarışması keçiriləcək və qaliblər mükafatlandırılacaq. /