Moskva ruhanilərı Bəhreyndə baş verən hadisələrə münasibət bildiriblər

Moskvada yaşayan ruhanilər Bəhreyn hökumətinin Ayətullah Şeyx İsa Qasimə qarşı atdığı addımları pisləyən bəyanatla çıxış ediblər.
SalamNews-un Moskva müxbirinin məlumata görə, bəyanatda deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Son zamanlarda Bəhreyndə müsəlmanlara qarşı olan təzyiqlər hər bir azadlıqsevər insanı narahat etməkdədir. Bəhreyn krallığının diktator rejiminin dünyanın heç bir qanunlarına uyğun gəlməyən hərəkətləri Rusiyanın Moskva şəhərində yaşayan azərbaycanlı müsəlmanları, xüsusən ruhaniləri çox narahat edir. Bu rejimin son rəzil addımını dünya şöhrətli, əsil-nəcabətli bəhreynli olan Ayətullah Şeyx İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi olmuşdur. Diktator rejimin bu hərəkəti onun son nəfəslərinin əlamətidir.
Biz Moskva ruhaniləri bu əməlləri pisləyir və bütün aidiyyəti qurumlardan, xüsusilə BMT-dən Bəhreyn rejiminin bu özbaşınalığının qarşısını almasını tələb edirik. Ali-Xəlifə rejiminə tarixdən dərs almağı tövsiyə edirik!”