Rusiyanın paytaxtı Moskvada 8-ci məscid açılıb.
Maide.Az “Qafqazinfo”a istinadən xəbər verir ki, Ramazan bayramına təsadüf edən açılış mərasimini Rusiyanın baş müftisi Ravil Qavinuttin həyata keçirib.
“Nurullah” adlanan məscidin açılış mərasimində “Quran” oxunub, ilahilər səslənib və İslama aid fotolar sərgilənib.
Qeyd edək ki, 400 kvadrat metr ərazisi olan məsciddə 450 nəfər ibadət edə biləcək. Məsciddə tədbirlər keçirmək üçün bir neçə zal da mövcuddur.