ArxivXəbər lentiXəbərlər

Moskvada Həzrət Xədicənin (ə) vəfatına həsr olunan iftar süfrəsi təşkil edilib (FOTO)

Moskvada müqəddəs Ramazan ayı boyunca təşkil edilən iftar süfrələri bu dəfə Həzrət Xanım Xədiceyi-Kübranın (ə) vəfatına həsr olunub.

SalamNews-un Mokva müxbirinin məlumatına görə, iftar süfrəsi tanınmış müctəhid Ayətullah Seyid Əli Sistaninin Rusiya və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi Şeyx Məhəmməd Mosuli tərəfindən təşkil edilib. Məclis təşkilatçısı Şeyx Mosuli bildirib ki, məclis iftar süfrəsi ilə yanaşı peyğəmbərimizin əziz xanımı Həzrət Xədicənin (ə) vəfatına da həsr olunub. 

Çıxış edən “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov Rusiyada yaşayan və fəaliyyət göstərən həmyerlilərimizdə Əhli-beytə xüsusi məhəbbət olduğunu vurğulayıb. O, nəzərə çatdırıb ki, Ramazan ayı boyunca soydaşlarımızda fəallıq hiss olunur.

Höccətül-islam vəl-müslimin Əkbəri Ciddi isə çıxışında Həzrət Xədicənin (ə) islam dininə verdiyi töhfələri qeyd edib. Dövrün imkanlı şəxslərindən sayılan Həzrət Xədicənin (ə) bütün malını-mülkünü islam yolunda, peyğəmbər yolunda xərclədiyini və dinin yayılması üçün əlindən gələni etdiyini nəzərə çatdırıb.

Tanınmış ilahiyyatçı Ağa Rəşid Talıblı isə ilk öncə Həzrət Xədicənin (ə) dünyasını dəyişərkən etdiyi vəsiyyətlərini diqqətə çatdırıb. İlahiyyatçı qeyd edib ki, Həzrət Xanım Xadiceyi-Kübra (ə) qızı Həzrət Xanım Fatimədən (ə) sonra bütün bəşəriyyət xanımlarının ən üstünüdür: “Bəşəriyyətdə kişilərdən kamilliyə çatan çox olub, qadınlardan isə 4 nəfərdir. Biri Müzahimin qızı Asiya xanım, digəri Həzrəti Məryəm xanım, Həzrət Xanım Xədiceyi-Kübra və sonuncusu Həzrət Xanım Fatimədir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button