ArxivXəbər lentiXəbərlər

Azərbaycan Peterburq görüşünün nəticələrini müsbət qiymətləndirir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib: “Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”.

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə Qarabağ münaqişəsinin həll yolları araşdırılıb.

“İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”, – deyə Elmar Məmmədyarov vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar üçtərəfli görüşlərin davam etməsi üzrə razılığa gəliblər.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ münaqişəsiin həlli üzrə ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk qrupunun vasitəçilik səyləri indiyə qədər nəticə verməyib.

Hər iki tərəfin itkisi ilə nəticələnən Azərbaycan və Ermənistan qüvvələri arasında aprel ayının əvvəllərindəki ağır toqquşmalar beynəlxalq vasitəçiləri bu münaqişəni həll etmək üçün səylərini artırmağa məcbur edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button