ArxivIslamXəbər lentiXəbərlər
Moskvada Qurani-Kərim festivalı keçiriləcək

Sentyabrın 25-də Rusiyanın paytaxtı Moskvada yerləşən “Krokus Siti Holl”da Qurani-Kərim festivalı keçiriləcək.
Maide.Az “islam-today.ru” saytına istinadən xəbər verir ki, Moskvada bir neçə gündür ki, XVII beynəlxalq Qurani-Kərim müsabiqəsi keçirilir.
Bu müsabiqənin bağlanış mərasimində Qurani-Kərim festivalı keçiriləcək.
Bu bayramda 30 ölkədən insanlar iştirak edəcək.
Festival çərçivəsində tanınmış Quran qariləri və hafizlərinin iştiarkı ilə müxtəlif seminarlar təşkil olunacaq. Quran müsabiqəsinin qaliblərindən 3 nəfərə festivalın sonunda Ümrə həcc ziyarəti səfəri üçün paket təqdim olunacaq.