ArxivIslamXəbər lentiXəbərlər
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı-Dəfn tarixi açıqlandı

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.
Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.
Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq.
Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.