ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

dətçilərinin ibadətindən qərar ver

Ramazan ayı gəldikdə bəndə fitrətinin və vicdanının səsini daha çox dinləməyə başlayır. Ramazan başlayanda o daha çox rəbbi ilə xəlvətə çəkilir və onunla münacat edir. Onun Ramazanın ilk günlərindəki münacatında dilə gətirdiyi istəklərindən biri də Mütəal Allaha həqiqi bəndə olmaqdır.

 

mübarək ramazan ayının ayinləri və əməllərindən biri də bu ayın günləri üçün nəzərdə tutulmuş və tövsiyə edilmiş münacatları oxuyub onları dərt etmək və yaşamaqdır.

 

İlk günlər üçün tövsiyə edilən münacatların birində Allahdan həqiqi bəndəlik və onun xüsusiyyətlərindən olan həqiqi oruc təmənna edilir. Həqiqət də budur ki, insan oruc tutanda yalnız aclıq və susuzluq çəkirsə, eyni zamanda aclığı və susuzluğu ona mənəvi fayda vermirsə deməli ona qalan yalnız fiziki məşəqqətdir. Məhz buna görədir ki, bəndə ilk günün münacatlarında Allahdan həqiqi orucu diləyir.

 

Ramazanın ilk münacatında deyilir:

 

“İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin rəbbi. Məni bağışla, ey günahkarları bağışlayan!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button