Moskvada Xanım Zeynəbin (s.ə) mövludu qeyd edildi

Mövlud Bakıdan təşrif buyurmuş Zahir Mirzəvinin çıxışları ilə davam etdirildi
Moskvada İnam məscidində İmam Əlinin (ə) qızı Xanım Zeynəbin mövludu günü qeyd edildi. Əhli-Beyt tarixində xüsusi rol oynamış, adı Məhəmməd peyğəmbər tərəfindən qoyulan “Zeynəb”, yəni “atasının bəzəyi və zinəti” adlandırlan xanımın mərasiminə yüzlərlə mömin toplaşdı. Mərasim iştirakçıları ilk öncə Qurani Kərimi dinlədi.
İlahiyyatçılar Ağa Rəşid Talıblı, Asif Bağırov və digərləri nitqlərində Əhli-beytin həyatını, davranışlarını, izzətlərini hər bir müsəlmanın özü üçün nümunə qərar vermələrinin əhəmiyyətini qeyd etdilər. Natiqlər həmçinin, xanım Zeynəbin Aşura faciəsində rolunu da qeyd etdilər. Onun İmam Hüseyinlə ən başdan bərabər olduğunu xatırladaraq, İmam Hüseynin (ə) şəhid edilməsindən sonra Aşura faciəsinin mahiyyətini və hədəfini müsəlmanlara lazımınca çatdırdığını bildirdilər.
“Xanım Zeynəb həyatı boyu bütün faciələrin şahidi olub. Əmir əl Möminin Əli Əlehsalamın, İmam Həsənin ən sonda imam Hüseynin faciəsinin canlı şahidi olub. Nitqi, kamalı, izzəti ilə bu faciələri möminlərə çatdırıb” deyən “İnam” məscidinin axundu Elşad Sükürov xanımın Əhli Beyt tarixindəki rolunu qeyd etdi.
Mövlud Bakıdan təşrif buyurmuş Zahir Mirzəvinin çıxışları ilə davam etdirildi.