Xəbər verdiyimiz kimi AİP-də kadr dəyişikliyi edilib
Hacı Elçin Manafov AİP-in sədr əvəzi postundan istefa verib və səs çoxluğu ilə Hacı İlham Əliyev bu vəzifəyə seçilib. Partiyanın həbsdə olan lideri Mövsüm Səmədov siyasi qurumda baş verən bu dəyişikliyi müsbət qarşıladığını söyləyib və Elçin Manafova partiyanın çətin günlərində bu məsuliyyətli vəzifəni daşıdığı üçün təşəkkürünü bildirib. Bu barədə FaktXəbər-ə məlumatı Mövsüm Səmədovun ailəsi verib.