Xəbərlər

Mövsüm Səmədov müalicə müəssisəsinə köçürüldü

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov fevralın 11-də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürülüb.

Mövsüm Səmədov ümumi halsızlıq və böyrəyində yaranan ağrılardan əziyyət çəkir. Vəkil Anar Qasımlı “Media forum” saytına deyib ki, köçürülmə üçün ötən həftə müraciət edilmişdi. Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır./Birlik.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button