Xəbərlər

Mövsüm Səmədovla görüşə icazə verilib

Penitensiar Xidmət Azərbaycan İslam Partiyasının üzvlərinin həbsdə olan sədr Mövsüm Səmədovla görüşünə razılaşıb. Məlumatı “Media forum”a partiya sədrinin müavini Akif Heydərli verib.

O bildirib ki, Penitensiar Xidmətdən zəng edərək Mövsüm Səmədovla görüşə icazə verildiyini deyiblər: “Amma görüşün tarixini hələ açıqlamayıblar, əlavə məlumat verəcəklər”.
Noyabrın 1-də İslam Partiyasının üzvləri təşkilatın sədri Mövsüm Səmədovla görüşmək üçün Penitensiar Xidmətə müraciət edib. Partiya üzvlərinin bu addımı atmasına səbəb 11 saylı Cəzaçəkmə Müəssisəsində onlara sədrləri ilə görüşməyə icazə verilməməsidir.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

xebername.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button