Mövsüm Səmədovun atasının 40 mərasimi keçirilib- (Foto)

İslamazeri.az-ın verdiyi xəbərə görə, mərasimdə ölkənin ictimai siyasi, o cümlədən tanınmış din xadimləri iştirak ediblər.
Tədbirdə ruhanilər çıxış edərək Quran ayələri və hədislər deyiblər.
Yas məclisində Azərbaycan bölgələrindən əksəriyyət dindarlar iştirak ediblər.
Mərasimdə AİP-in sədr əvəzi, ilahiyyatçı Elçin Manafov, ilahiyyatçı Zülfüqar Mikayılzadə, ilahiyyatçı ŞahinHəsənli, ilahiyyatçı Hacı Əli Əliyev və başqaları çıxış ediblər.
Tədbirdə həmçinin tanınmış ictimaiyyət təmsilçiləri KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri PənahHüseyn, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, QAT sədri Akif Nağı, azərbaycanlı ssenarist və kinodramaturq Eldəniz Quliyev, MMDİB-nin sədri ilahiyyatçı Ruhullah Novruzzadə, MüsəlmanBirliyi Hərəkatının sədr əvəzi, ilahiyyatçı Elçin Qasımov, Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli, Nardaran ağsaqqaları Kərbəlayi Natiq Kərimov və Hacı Hacıağa Nuri iştirak ediblər.
Fotolar “İslamınsesi” portalına məxsusdur.
Fotolar açmırsa aşağıdakı xətti klikləyin.