Xəbərlər

MSK prezidentliyə namizəd Hacı Mövsüm Səmədovun sənədlərini məqsədli şəkildə gizlədir – Yenilənib

“Media form” saytında Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun prezidentliyə namizədlik sənədlərinin MSK-ya daxil olmaması barədə məlumatına AİP sədrinin siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli cavab verib.
O bildirib: “ AİP-in haqsız olaraq həbs olunan və artıq üç ilə yaxın məhbus həyatı yaşayan Hacı Mövsüm Səmədovun prezidentliyə namizədlik sənədlərini avqust ayının 19-da saat 11 radələrində şəxsən MSK-ya təqdim etmişəm. Bu zaman mən qurumun ümumi şöbəsinin rəhbəri Elşən Əsgərovla daxili telefonla əlaqə saxladım. Elşən müəllim sənədlərin şöbənin əməkdaşına təqdim etməyi tövsiyə etdi və mən də sənədləri Kəmalə adlı xanıma təqdim etdim.
Mən ciddi bir orqanın belə mövqe nümayiş etdirməsinə inanmıram, amma onu da qeyd etməliyəm ki, Mövsüm Səmədovun namizədlik sənədlərinin qəbulu digərlərinkindən sözsüz ki, fərqlənir. Çünki bu haqda qərarın qəbul olunması MSK-nın iradəsindən asılı deyil. Bu, birbaşa prezidentin müstəsna səlahiyyətindədir.
M. Səmədovun prezident seçkilərində namizəd kimi iştirakı isə onun həbsdən azad olunması ilə birbaşa bağlıdır. Ona görə də bu barədə MSK məsulları konkret olaraq heç bir obyektiv açıqlama verə bilmədikləri üçün sadəcə bəzi halları ya gizlətməyə, ya da təkzib etməyə məcbur ediliblər. Amma bu, qeyd etdiyim kimi, ciddi bir qurum üçün yolverilməzdir.
Qeyd etməliyəm ki, dünən- avqust ayının 30-da mən saat 11:30-da yenidən MSK- da oldum. Elşən Əsgərovun rəhbərlik etdiyi və məndən Mövsüm Səmədovun sənədlərini qəbul edən xanımı MSK sənədlərlə birgə gizlətməyə məcbur oldu. Hesab edirəm ki, bu hallar oktyabrda keçiriləcək seçkilərin aqibətindən xəbər verir.”

islaminsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button