Dövlət Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının baş həkiminin MTN-lə əlaqələri ifşa olunub.
Faktinfo.az yenilik.az-a istinadla xəbər verir ki, Asiman Həsənovun MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovla gizli əlaqələri üzə çıxıb. Onların səhiyyə sistemində birgə fəaliyyəti aşkarlanıb. Tehran Babatov MTN naziri Eldar Mahmudovun kadr məsələləri üzrə kassası olub. Hər ay yüz minlərlə pul şəxsi heyətdən toplanaraq Tehran Babatov vasitəsi ilə Mahmudova ötürülüb. Asiman Həsənov isə Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplayıb, himayədarı Tehran Babatovdan “babat” dəstək alırmış.Sertifikasiyadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vasitəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək tələyə salıb. Onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış. Səhiyyə sistemindəki xoşagəlməz hallar barədə dosyelər toplayaraq MTN-ə ötürən Asiman Həsənov bu işlərinin müqabilində Tibb Universitetinin rektoru və ya nazir postuna təyin olunacağı barədə vəd alıb. Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir. Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməklə “cəllad ordusu” formalaşdırılıb.Asiman Həsənov inhisarına ala bilmədiyi həkimlər barədə qara piar apararaq onu gözdən salır və barəsində xoş olmayan məlumatlar yayaraq xüsusi ustalıqla istifadə edir. Son günlər Grand Hospitalda, Medical Plazada və Lor Hospitalda baş verən hadisələr bu söylənilənlərin sübutudur. Baş həkim Serhed.info-ya bildirib ki, boş şeylərə fikir vermir.