MTN Suriyada döyüşən 10 nəfəri həbs etdi

Nazirliyin İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, faktlarla bağlı MTN İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Elxan Mustafayev, Bəhruz Rəsulov, Kamran Əzizov, Nadir Əlixanov, Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin, Sadiq Məhəmmədzadə, Vidadi Sultani və Ramil Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriyaya gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrəniblər.
Təlimlərdən sonra onlar Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər.