
Xalqımın sərvəti talanır deyə,
“Sus, Abbas, sus” deyib səsləmə,ana.
Qurbanam ağaran saçıva sənin,
Məndən susmağımı istəmə,ana.
Anacan,fəxr elə mənimlə hər vaxt,
Sən mənə hər zaman inandın əlbət.
Canımı verərəm vətən yolunda,
Zalimə heç zaman etmərəm beyət.
Dilimi bir kimsə susdura bilməz,
Bilsinlər,sadələr sadəsiyəm mən.
Haqq harda vardırsa,mən də ordayam,
Məzlumun,bikəsin çarəsiyəm mən.
Sən halal tikəylə böyütdün məni,
O halal gətirdi meydana məni.
Haqqımı istədim zalımdan ancaq,
Saldılar zindandan zindana məni.
Tural Divanə