ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mübarək Ramazan ayı, oruc tutmağın savabı və oruc tutanın ədəbləri haqqında

1. Oruc İslamın dayaqlarından biridir:

قال الباقر عليه السلام: بني الاسلام علي خمسة اشياء، علي الصلوة و الزكاة و الحج و الصوم و الولايه.
 

İmam Baqir (ə) buyurmuşdur: İslam beş şeyin üzərində bərqərardır: Namaz, zəkat, həcc, oruc və vilayət (yəni 12 İmamın (ə) ilahi rəhbər olmasını qəbul etmək)

Furui-Kafi, c. 4, s. 62, hədis 1

2. Orucun fəlsəfəsi kasıbla varlının bərabərləşməsinə xidmət edir:

قال الصادق عليه السلام: انما فرض الله الصيام ليستوي به الغني و الفقير.
 

İmam Sadiq (ə) buyurmuşdur: Allah orucu ona görə vacib etmişdir ki, kasıbla varlı arasında bərabərlik yaratsın.

Mən la yəhzuruhul-fəqih, c. 2, s. 43, hədis 1

3. Oruc ixlası imtahan etmək üçündür:

قال اميرالمومنين عليه السلام: فرض الله … الصيام ابتلاء لاخلاص الخلق امام علي عليه السلام فرمود: خداوند روزه را واجب كرد تا به وسيله آن اخلاص خلق را بيازمايد.
 

Əmirul-muminin həzrət Əli (ə) buyurmuşdur: Allah orucu ona görə vacib etimişdir ki, onun vasitəsi ilə camaatın ixlasını imtahan etsin.

Nəhcül-bəlağə, 252-ci hikmət

4. Oruc qiyaməti yad etmək üçündür:

قال الرضا عليه السلام: انما امروا بالصوم لكي يعرفوا الم الجوع و العطش فيستدلوا علي فقر الاخر.
 

İmam Rza (ə) buyurmuşdur: Biz oruc tutmağa ona görə məmur olunmuşuq ki, aclıq və susuzluğun acısını bilək və bunun vasitəsi ilə axirətin çarəsizliyini və fəqirliyini anlayaq.

Vəsailuş-şiə, c. 4, s. 4, hədis 5; İləluş-şərayi, s. 10

5. Oruc tutmaq bədənin zəkatıdır:

قال رسول الله صلي الله عليه و آله لكل شيئي زكاة و زكاة الابدان الصيام.
 

Allahın Rəsulu (s) buyurmuşdur: Hər şeyin zəkatı vardır. Bədənlərin də zəkatı orucdur.

Kafi, c. 4, s. 62, hədis 3

6. Oruc cəhənnəm atəşi üçün bir sipərdir:

 

قال رسول الله صلي الله عليه و آله: الصوم جنة من النار.

 

Peyğəmbər (s) buyurmuşdur: Oruc cəhənnəm atəşi üçün sipərdir. (Yəni oruc tutmaq səbəbinə insan cəhənnəm atəşindən amanda qalır).

Kafi c. 4, s. 162

7. Orucun əhəmiyyəti çoxdur:

قال رسول الله صلي الله عليه و آله: الصوم في الحر جهاد.
 

Allah Rəsulu (s) buyurmuşdur: İsti havada oruc tutmaq cihaddır.

Biharul-ənvar, c. 96, s. 257

 

8. Nəfs orucu daha faydalıdır:

قال اميرالمومنين عليه السلام: صوم النفس عن لذات الدنيا انفع الصيام.
 

Əmirul-muminin həzrət Əli (ə) buyurmuşdur: Ən faydalı oruc nəfsin dünya ləzzətlərindən oruc tutmasıdır.

Ğurərul-hikəm, c. 1, s. 416, hədis, 64

9. Həqiqi oruc haramlardan çəkinməkdir:

قال اميرالمومنين عليه السلام: الصيام اجتناب المحارم كما يمتنع الرجل من الطعام و الشراب.

Oruc haramlardan pəhriz etməkdir, necə ki, bir şəxs (oruc zamanı) yemək və içməkdən pəhriz edir.

Biharul-ənvar, c. 93, s. 249

10. Ən yaxşı oruc qəlb orucudur:

قال اميرالمومنين عليه السلام: صوم القلب خير من صيام اللسان و صوم اللسان خير من صيام البطن.
 

İmam Əli (ə) buyurmuşdur: Qəlb orucu dil orucundan, dil orucu da qarın orucundan daha xeyirlidir.

Ğurərul-hikəm, c. 1, s. 417, hədis 80
 

11. Oruc tutarkən göz və qulaq da oruc olmalıdır:

 

قال الصادق عليه السلام: اذا صمت فليصم سمعك و بصرك و شعرك و جلدك.
 

İmam Sadiq (ə) buyurmuşdur: Oruc tutduğun zaman, qulağın, gözün, tükün və dərin də oruc olsun! (Yəni, bu üzvləri günahlardan çəkindirin!).

12. Bədən üzvləri oruc olmasa, oruc tutmağın heç bir faydası yoxdur:

عن فاطمه الزهرا سلام الله عليها: ما يصنع الصائم بصيامه اذا لم يصن لسانه و سمعه و بصره و جوارحه.
 

Həzrət Fatimənin (s.ə) belə buyurduğu nəql olunmuşdur: Əgər oruc tutan öz dilini, qulağını, gözünü və bədən üzvlərini (günahdan) qorumasa, onun orucu nə iş görər?

13. Naqis oruc:

قال الباقر عليه السلام:  لا صيام لمن عصي الامام و لا صيام لعبد ابق حتي يرجع و لا صيام لامراة ناشزة حتي تتوب و لاصيام لولد عاق حتي يبر.

İmam Baqir (ə) buyurmuşdur: Öz imamına qarşı üsyan edənin orucu oruc deyildir. Fərari öz yerinə qayıdanadək orucu oruc deyildir. Naşizə (ərinə itaətsizlik edən qadın) tövbə edənədək orucu oruc deyildir. Valideyninin üzünə ağ olan övlad valideyninə itaət edənədək orucu oruc deyildir.

14. Dəyəri olmayan oruc:

قال اميرالمومنين عليه السلام : كم من صائم ليس له من صيامه الا الجوع و الظما و كم من قائم ليس له من قيامه الا السهر و العناء.

İmam Əli (ə) buyurmuşdur: Nə qədər oruc tutanlar var ki, (o orucun) onlara aclıq və susuzluqdan başqa bir faydası olmaz.  Nə qədər gecə namazı qılanlar var ki, (o namaz) onlara yuxusuzluq və çətinlikdən başqa bir fayda verməz.

15. Oruc səbr etməkdir:

عن الصادق عليه السلام في قول الله عزوجل  «واستعينوا بالصبر و الصلوة » قال: الصبر الصوم.
 

İmam Sadiq (ə) “Səbr və namaz vasitəsi ilə kömək istəyin” ayəsi barəsində buyurmuşdur: Səbr orucdur.

16. Oruc və sədəqə:

قال الصادق عليه السلام : صدقه درهم افضل من صيام يوم.
 

İmam Sadiq (ə) buyurmuşdur: Bir dirhəm sədəqə vermək bir gün (müstəhəb) oruc tutmaqdan fəzilətlidir.

17. Orucun mükafatı:

 

قال رسول الله صلي الله عليه و آله: قال الله تعالي ; الصوم لي و انا اجزي به

Peyğəmbər (s) buyurmuşdur: Allah Təala belə buyurmuşdur: Oruc Mənim üçündür və onun Mükafatını mən verəcəyəm (yaxud onun mükafatı Mənəm).

18. Cənnət içkilərini içənlər:

قال رسول الله صلي الله عليه و آله ; من منعه الصوم من طعام يشتهيه كان حقا علي الله ان يطعمه من طعام الجنة و يسقيه من شرابها.

 

Peyğəmbər (s) buyurmuşdur: Kimin orucu onu istədiyi yeməklərdən çəkindirsə, Allahın haqqıdır ki, onu cənnət yeməkləri ilə yedizdirib, cənnət içkiləri ilə içirtsin.

19. Oruc tutanların xoş halına:

قال رسول الله صلي الله عليه و آله: طوبي لمن ظما او جاع لله اولئك الذين يشبعون يوم القيامة
 

Allah Rəsulu (s) buyurmuşdur: Allah üçün ac-susuz qalanların xoş halına! Allah qiyamət günü onları doyuracaq.

 

20. Oruc tutanlara müjdə:

 

قال الصادق عليه السلام ; من صام لله عزوجل يوما في شدة الحر فاصابه ظما و كل الله به الف ملك يمسحون وجهه و يبشرونه حتي اذا افطر.
 

İmam Sadiq (ə) buyurmuşdur: Hər kəs çox isti gündə Allaha görə bir gün oruc tutsa və susuz olsa, Allah-Təala 1000 mələyi vəkil edər ki, onun üzünü sığallasınlar və iftara qədər onlara müjdə versinlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button