Media mənbələri atəşkəsin və Fələstin müqavimətinin sionist qəsbkarlar üzərindəki qələbəsinin elan olunmasından sonra Fələstin xalqının Qəzzə zolağının bütün şəhərlərində şadlıq keçirməsindən xəbər veriblər.
Qafqaz.ir -nin verdiyi məlumata görə, sionist rejim mediaları dünən axşamçağı bildirdilər ki, bu rejimin nazirlər kabineti bu gün, cümə günü, səhər saat ikidən Qəzzə zolağında atəşkəsin bərqərar edilməsi ilə razılaşıbdır.
Atəşkəsin elan olunmasından sonra fələstinlilərin Qəzzə küçələrində şadlıq edib, damlarda təkbir demələri bir atəşkəsdən və savaşın dayanmasından irəli gəlməkdən daha çox, müqavimət qruplarının qələbəsi, döyüş meydanı parametrləri və qüvvələr müvazinətinin bu qrupların xeyrinə dəyişməsindən söz açırdı.
Cümə günü səhər saat ikidə elan olunan atəşkəs razılaşmasına sadiq qalacaq, amma düşmənin hər hansı hücumuna qətiyyətli cavab verəcəyik- Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonlarının sözçüsü Əbu Həmzə belə deyib.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın baş üzvü Xəlil Əlhəyyə isə deyibdir ki, müqavimət bu qarşıdurmada vəhdətlə işğalçılara ağır zərbə endirdi.
İşğalçı sionist hərbçilər mayın onundan Qəzzə zolağına və fələstinlilərə qarşı vəhşicəsinə təcavüz və hücumlara başladılar. Nəticədə 65-i uşaq, 39-u qadın və 17-si yaşlı olmaqla, 230 nəfər şəhid oldu, min 719 nəfər isə yaralandı.