ArxivXəbər lentiXəbərlər

Mübariz Qurbanlı Azərbaycan Bəhai icmasının nümayəndələrini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Bəhai icmasının nümayəndələrini qəbul edib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Azərbaycanda dini tolerantlıq, dövlətin dinə diqqət və qayğısından danışıb.

Mübariz Qurbanlı dini icmalara, o cümlədən Bəhai icmasına yaradılan şəraitdən danışaraq bildirib ki, ölkəmizdə dini konfessiyalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

Azərbaycan Bəhai icmasının nümayəndələri gələcəkdə nəzərdə tutduqları işlər barədə məlumat verərək səmimi qəbul üçün Dövlət Komitəsinin sədrinə minnətdarlıqlarını bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button