Xəbərlər
Ruhanicığazların vasitəsi ilə Amerika İslamı geniş şəkildə təbliğ və tətbiq olunmaqdadır.

İran medialarına istinadən, Ayətullah Nuri Həmədani bildirib ki, düşmənlərin ən çox qorxduğu əsil İslamdır: “Amerikan “islam”ı bəzi İslam ölkələrində tətbiq olunur. Odurki, düşmənin bu “islam”dan qorxusu yoxdur. Onların qorxduğu ancaq və ancaq əsil İslamdır”.
Ayətullah Həmədani sözlərinin davamında deyib: “Hər bir müsəlman düşmənə qarşı ayıq olmalı, düşməni və onun planlarını araşdırıb onlardan agah olmalıdır”.
Ayətullah Həmədani sözlərinin sonunda İranın əsas hədəfinin İsrailin yox olması olduğunu bldirib.
PS: Çox təəssüf olsun ki, hal-hazırda ölkəmiz Azərbaycanda da dövlət tərəfindən ruhanicığazların vasitəsi ilə Amerika İslamı geniş şəkildə təbliğ və tətbiq olunur.