ArxivXəbər lentiXəbərlər

Mübariz Qurbanlı İrana gedəcək

Mübariz Qurbanlının Təbriz imam cuməsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub.
 Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinın başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə Mayın 22-də Irana səfər edəcək.
Nümayəndə heyəti Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında keçiriləcək “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərginin açılış mərasiminə qatılacaq.
Mayın 26-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasında dini sahədə mövcud əlaqələr və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Eyni zamanda, Mübariz Qurbanlının İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button