AktualAktualArxivXəbər lentiXəbərlər

Mücahid fəqih höccətül-islam vəl-müslimin Mövlayinin anım mərasimində Azərbaycan vətəndaşlarının geniş iştirakı

Mücahid fəqih, ölkənin universitet və dini dairələrində tanınmış tədqiqatçı, höccətül-islam vəl-müslimin Adil Mövlayinin vəfatının 3-ü günümərasimi doğulduğu Ərdəbil şəhərində keçirildi.

Qafqaz Mədəniyyət Mərkəzi – Günortadan sonra Əzəm məscidində təşkil edilmiş mərasim müxtəlif siniflərdən olan əhalinin, dövlət və əyalətin məsul işçilərinin və Azərbaycan Respublikasından bu alimi sevən qonaqların iştirakı ilə keçirildi. İştirakçılar fatihə, salavat və dualar oxuyaraq üç gün bundan qabaq avtomobil qəzası nəticəsində dünyasını dəyişmiş Hacı Şeyx Adil Mövlayinin xatirəsini yad etdilər.

Mərasimdə alimlər və tədqiqatçılar, elmi dairələr tərəfindən göndərilmiş başsağlığı məktubları oxundu, Ədrəbilin şair və məddahları böyük alimin əxlaqi, elmi, irfani, tədqiqatçılığı məqamları barədə proqramlar icra etdilər. Həmçinin, əyalətinin tanınmış məddahları və ustad Şahi höccətül-islam vəl-müslimin Adil Mövlayinin elm və ədəbiyyat məqamları, xalqsevərliyi barədə şer oxudu.

Mərasimin iştirakçıları bu elmi şəxsiyyətin vəfatı ilə bağlı onun ailəsinə və yaxınlarına başsağlığı verərək, Allahdan onlara səbr dilədilər.

Anım mərasimində iştirak edən alim və Azərbaycanda böyük nüfuza malik olan höccətül-islam vəl-müslimin Əli Əkbər Ocaq Nejad çıxış edərək dedi: “Mərhum Mövlayi çoxlu səfərləri və müxtəlif izləmələri ilə çalışırdı ki, Azərbaycan məntəqəsinin elmi, ədəbi, fiqhi, fəlsəfi, irfani dəyərli şəxsiyyətlərini maraqlananlara tanıtdırsın və onların dəyərli əsərləri barədə məlumat toplasın”.

Mərasimdə Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi, əyalətin valisi, bir sıra dövlət və əyalət xadimləri və Azərbaycan Respublikasından gəlmiş qonaqlar iştirak edirdi.

Ölkənin mədəniyyət, elm və din xadimləri, o cümlədən Məhəmməd Əli Rəcəbi Dəvanihöccətül-islam vəl-müslimin Mövlayinin vəfatı münasibətilə başsağlığı məktubu göndərmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button