QAT Bəhreyn rejimini tənqid edib

Qarabağ Azadlıq Təşkilatının sədri Bəhreyndə insan haqlarının pozulması hallarının davam etməsini qınayıb.
Akif Nağı Səhər telekanalının Hüquqi Aspekt verilişinə verdiyi müsahibədə 2011-ci ildən bəri Bəhreyndə insan haqlarının pozulmasını tənqid edərək deyib: Beynəlxalq konvensiyaları və insan haqlarını kobud şəkildə pozmaq hünər deyil. Bəzi beynəlxalq qanunlar mötəbər qrum və təşkilatların əməkdaşlığı ilə dünya ölkələri tərəfindən qəbul edilib və buna görə də ölkələr bu qanunlara riayət etməlidirlər.
Akif Nağı deyib: Hərhansı ölkədə xalqın istəyi və səsi ölkənin üsul-idarəsinə təsirlidir, məhz buna görə bütün bu məqamlar ölkələr tərəfindən əsas şərtlər kimi diqqətə alınmalı və ölkələr beynəlxalq qanunları icra etməlidirlər.
QAT sədri bu gün bəzi ölkələrin özlərini dövlətlərin müdafiəçisi kimi apardıqlarına toxunaraq deyib: Həmin ölkələr öz daxili durumları barədə dəqiq məlumat vermirlər halbuki hansısa dövlət başqa bir ölkədə öz iqtisadi və siyasi maraqlarını güdərkən insan haqları üzrə nəzərdə tutulmuş qanun pozuntularını gözardına vurursa həmən dövlət ilə beynəlxalq qanunlara uyğun şəkildə davranmaq lazımdır.