AktualAktualArxivXəbər lentiXəbərlər

Müdafiə naziri İranın Azərbaycana xəbərdarlığı barədə açıqlama verib/Rusiyanın Noje bazasından istifadəsi

Müdafiə naziri deyib: İran, heç bir bazasını Rusiyanın istifadəsinə verməmişdir. Çünki bu bizim ölkəmizin konstitusiyasının prinsiplərinə ziddir. Ona görə də İranın hansısa hərbi bazasını digər xarici bir ölkənin ixtiyarına verməyə heç kəsin haqqı yoxdur. Ancaq biz Suriya məsələsində terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq edirik. Ona görə də Suriyanın bəzi məntəqələrində mübarizə qüvvələrinə havadan dəstək verilməsi məqsədilə onların təyyarələrinin eniş-uçuş etməsi üçün bəzi obyerktlərdən istifadə etmələrinə icazə verdik.
Qafqaz Mədəniyyət Mərkəzi – İranİslam Respublikasınınmüdafiəvə Silahlı Qüvvələrə dəstəknaziri general-mayorHüseyn Dehqan“Rossia Today” telekanalına müsahibə verib. Müsahibə aşağıdakı kimidir:
– Avqust ayında Rusiya qırıcılarının Həmədan Noje bazasından istifadə etməsi barədə sensassiyalı xəbərlər yayıldı. Bazadan istifadənin dayandırılması xəbəri ondan da artıq sensassiya doğurdu. Hal-hazırda Rusiya yenidən bu bazadan istifadə edə bilərmi?
– Bəziləri İranın öz hərbi bazasını Rusiyanın ixtiyarına verməsi barədə xəbərlər yaydılar. Halbuki, məsələ belə olmayıb. İran, heç bir hərbi bazasını Rusiyanın istifadəsinə verməmişdir. Çünki bu bizim ölkəmizin konstitusiyasının prinsiplərinə ziddir. Ona görə də İranın hansısa hərbi bazasını digər xarici bir ölkənin ixtiyarına verməyə heç kəsin haqqı yoxdur. Ancaq biz Suriya məsələsində terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq edirik. Ona görə də Suriyanın bəzi məntəqələrində mübarizə qüvvələrinə havadan dəstək verilməsi məqsədilə onların təyyarələrinin eniş-uçuş etməsi üçün bəzi obyerktlərdən istifadə etmələrinə icazə verdik. Hər vaxt belə bir zərurət hiss etsək və Rusiya bizdən belə obyektlərdən istifadə etmək üçün xahiş etsə, biz mövcud duruma diqqət etməklə bu məsələni araşdırırıq və sonra qərar veririk. Daha hər vaxt, hər bir şəraitdə və istədikləri kimi hərbi hava bazalarından istifadə etmələri barədə bir müqaviləmiz yoxdur. Mövcud duruma uyğun olaraq əgər Rusiya tərəfi xahiş etsə, dövlət də bunu zəruri bir məsələ hesab etsə, onda bu xahiş qəbul ediləcək.
– Son günlərdə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər etdi. Oradatəhlükəsizlik və siyasi məsələlərə aid razılaşmalar əldə olundu,İsraildən silah alınması və hərbi sahədə əməkdaşlığa dair müqavilələr imzalandı. Netanyahu Azərbaycanın ərazisində İranı təhdid etdi və Azərbaycandan istədi ki, düşmənlərin silahından İsrail əleyhinə istifadə etməsin. Siz İsraillə şimal qonşunuz olan Azərbaycan ölkəsi arasındakı bu əməkdaşlığa necə baxırsınız?
– Biz Azərbaycandakı dostlarımızın da diqqətinə çatdırmışıq ki, sionist rejimin ayağını bu regiona açmaq onların xeyrinə deyil. Biz buna dözə bilmərik. Lakin onlar öz məqsədlərinə çatmağı və milli maraqlarının təmin olunmasını bunda görüblər. Biz buna etiraz edə bilmərik.
Ancaq bu tövsiyələri onlara etdik. Hətta, ötən il sionit rejimin pilotsuz kəşfiyyat təyyarəsi Azərbaycandan qalxaraq İran ərazisinə daxil olanda da biz onlara bunun İsrailin işi olduğunu dedik. İsraillilər Azərbaycanın kəşfiyyat və təhlükəsizlik orqanlarına nüfuz ediblər. O zaman bu məsələyə inanmaq Azərbaycanın prezidenti üçün bir az çətin idi. Ona görə də mən özüm gedib onunla söhbət etdim. Bir ildən sonra məlum oldu ki, Azərbaycana nüfuz etmiş bir şəbəkə bu işi etmişdir.
Məncə, bizim Azərbaycandakı dostlarımız bunu nəzərə almalıdırlar ki, regional və transregional səviyyədə bir çoxları Azərbaycanla İran arasında strateji münasibətlərin yaranmasını istəmir və buna mane olmağa çalışır. Əlbəttə, Azərbaycan prezidentinin istəyi bu deyil və o, bizimlə münasibətlərin inkişafına çalışır. Ancaq hər halda digər qüvvələr də var ki, müdaxilə edir və təsir göstərir. Netanyahunun təhdidinə gəldikdə isə biz onu rəsmi olaraq tanımırıq ki, onunsözlərinə də qulaq asaq. Boş danışıqların xərci yoxdur. Qoy nə deyir desin, yorulana qədər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button