AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Mühəqqiq Ərdəbili Universitetinin elmi işçisi: Beynəlxalq təşkilatların bacarıqsızlığı üzündən Qarabağ münaqişəsi donmuş vəziyyətdə qalıb

Mühəqqiq Ərdəbili Universitetinin professoru deyib: “Beynəlxalq təşkilat və qurumların zəifliyi və bacarıqsızlığı üzündən Qarabağ münaqişəsi donmuş vəziyyətdə qalıb.”

Qafqaz Həqiqətləri xəbər verir ki, şənbə günü Qafqaz Mədəniyyət Mərkəzinin evsahibliyi ilə baş tutan “Qarabağ münaqişəsindəki son hadisələrin araşdırılması” elmi konfransında çıxış edən doktor Əmin Nəvaxti Müqəddəm beynəlxalq təşkilatları qınamaqla yanaşı deyib: “BMT kimi beynəlxalq strukturlar soyuq müharibə dövrünün reproduksiyasıdır və dünyanın hazırkı münaqişələrini həll etməyə qadir deyil. Belə ki, soyuq müharibə dövründən bir neçə böhranlı məsələ baş vermişdir və bu günə kimi də davam edir, həll olunmamış qalmışdır. Bu istiqamətdə bütün böhran və konfliktlərdə münaqişə tərəflərindən istənilir ki, öz ixtilaflarını dinc yolla həll etsinlər. Əməldə isə böhran həll edilməmiş qalır və donur. Sonda dünya camiəsinin onu həll etməyə gücü olmur.

Həqiqətdə, beynəlxalq təşkilatların zəifliyi və bacarıqsızlığı üzündən biz Qarabağ münaqişəsinin donmasını görürük. Bu çarəsizlik üzündəndir.”

Doktor Nəvaxti Müqəddəm vurğulayıb: “Yeni-regionalizm nəzəriyyəsi son vaxtlar ortaya çıxmışdır və əsasən siyasətçilər bu nəzəriyyəyə yaxşı baxırlar. Çünki bu nəzəriyyə region münaqişələrinin olduğu formada həmin regionda qalmasının ardıncadır. Yeni-regionalizmə əsasən, mövcud zəifliyə və beynəlxalq sistemə hakim güclərin münasibət və əlaqələrinə görə, super-güclər regional böhranların region səviyyəsində qalmasını və mümkün olarsa, həll olmasını istəyir. Regional böhranların ümumdünya bir problemə çevrilməsinin nəticəsi sübut etmişdir ki, belə olduqda bu böhranlar super-güclərin maraqlarının təzadı və istəklərinin ziddiyyəti səbəbindən həmin vəziyyətdə qalacaq.”

Universitetin elmi işçisi çıxışının digər hissəsində deyib ki, son Qarabağ müharibəsində Azərbaycan Respublikası ümumi olaraq üstünlüyə sahibdir və regionun əlverişli atmosferini, habelə Qarabağ münaqişəsində güclərin durumunu düzgün dəyərləndirməklə, uğurlu əməl edə bildi. Azərbaycan Respublikası realpolitik yanaşma ilə beynəlxalq arenada güc münasibətlərini strateji qiymətləndirmə ilə bu addımı ata bilmişdir. Həqiqətdə dünya sisteminə hakim atmosferdən yetərincə faydalanmışdır.

Doktor Nəvaxti Müqəddəm “Qarabağ münaqişəsində son hadisələrin araşdırılması” elmi konfransında çıxışının sonunda vurğulayıb: “Super-güclər daxili və xarici qarşıdurmalarda yalınız öz maraqlarını düşündükcə, Qarabağın daimi həll yoluna ümid etmək olmaz. Belə görünür ki, ola bilsin yaxın gələcəkdə Azərbayan dövlətinin təbliğ nailiyyətləri, Türkiyə, Rusiya və münaqişədə oyunçu olan digər güclər arasında anlaşma ilə bu münaqişə həqiqi döyüş vəziyyətindən çıxaraq potensial bir böhrana çevrilsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button