AktualAktualArxivXəbər lentiXəbərlər

Mühəqqiq Ərdəbili Universitetinin müəllim və tələbələri Netanyahunun Bakıya səfərinə etiraz edərək aksiya keçiriblər

Mühəqqiq Ərdəbili Universitetinin müəllim və tələbələri zöhr və əsr namazları yerinə yetirdikdən sonra sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına səfərinə öz etirazlarını bildirmək üçün aksiya keçiriblər və bu səfəri pisləyiblər.
Qafqaz Mədəniyyət Mərkəzi – Mühəqqiq Ərdəbili Universitetinin müəllim və tələbələri bu universitetin qarşısında toplaşaraq “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirərək uşaq qatili olan sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına qarşıdakı səfərinə etirazlarını bildirib və bu səfəri pisləyiblər.
Bu xəbərə əsasən, Vəliyyi-fəqihin Mühəqqiq Ərdəbili Universitetində ofisinin rəhbəri höccətül-islam vəl-müslimin Müdəbbir, həmçinin universitetin rektoru Qudərz sionist rejimin baş nazirinin Bakıya səfərini pisləyib və Azərbaycan dövlətindən bu səfəri ləğv etmələrini, dəvətlərinə yenidən baxmağı istəyiblər və bildiriblər ki, bundan qeyri-surətdə müsəlman və region ölkələri arasında Azərbaycan Respublikasının hakimiyyətinin siması ləkələnəcəkdir.
Etiraz aksiyasının sonunda iştirakçılar sionist rejimin Azərbaycan Respublikasına səfərini pisləyən bəyanat oxuyublar.

img_1250 img_1237 img_1235 img_1232 img_1228 img_1217 img_1220 img_1222

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button