ArxivIslamXəbər lentiXəbərlər
Azərbaycan və İran XİN başçılarının görüşü fevralın sonunadək Tehranda keçiriləcək

- Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif arasında fevralın sonuna qədər Tehranda görüş keçiriləcək.
, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə brifinqdə bildirib.
“Görüşün gündəliyinə ikitərəfli əlaqələrin inkişafı və Azərbaycanla İran arasında əməkdaşlıq məsələləri daxil ediləcək”, – səfir deyib.
Onun sözlərinə görə, həmçinin Novruz bayramından sonra üçtərəfli və dördtərəfli, o cümlədən İran, Türkiyə, Azərbaycan xarici işlər nazirlərinin, eləcə də İran, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşlərinin keçirilməsi də planlaşdırılır.
Diplomat qeyd edib ki, bununla yanaşı, bu il Moskvada Azərbaycan-İran-Rusiya sammitinin keçirilməsi nəzərdə tutulub.
“Rusiya tədbirə ev sahibliyi edəcəyindən sammitin vaxtını Rusiya tərəfi elan edəcək”, – C.Cahangirzadə bildirib.