Kredit qurbanları aksiyaya hazırlaşır

Bu gün isə daha bir qrupp «Bank of Azerbaijan» mağdurunun müraciəti daxil olub. Müraciəti imzalayan 9 nəfər vətəndaş bildirir ki, onlar da qanunsuz olaraq «Bank of Azerbaijan» tərəfindən borclandırılıblar: «Artıq işlərimiz məhkəmədədir. Bu bankın rəhbərliyi elə düşünür ki, istədiyini edə bilər. Amma belə deyil. Dövlət var və biz prezident administrasiyası qarşısında aclıq aksiyası keçirərək haqq səsimizi dövlət rəhbərliyinin diqqətinə çatdıracağıq».
Vətəndaşlar bildirir ki, onlar dəfələrlə müraciət etsələr də, şikayətləri geri qayıdır: «Elə bil ki, kimdən şikayət edirik, məktubumuzu da onun üzərinə göndərirlər. Belə olmaz».
Vətəndaşların sözlərinə görə, yaxın vaxtlarda etiraz aksiyasını elan edəcəklər.(tia)