Müqəddəs Müdafiə dövrünün türkiyəli qazisi:Əhli-beytə (ə) sevgi İslam ümmətində vəhdət və yaxınlaşmaya səbəb olmuşdur
Müqəddəs Müdafiə dövrünün türkiyəli qazisi deyib: “Əhli-beytə (ə) sevgi hazırkı vəziyyətdə İslam ümmətinin daha artıq vəhdəti və yaxınlaşması üçün zəmin yaratmışdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Şeyx Səfiyəddin Ərdəbili Türbəsinin Xətai toplantı salonunda “19 Yanvar Dünya Müsəlman Azərbaycanlılar Günü” münasibətilə keçirilən tədbirdə türkiyəli qazi höccətül-islam İsa Məhdəvi Şəbahət öz çıxışında deyib: “İran-İraq müharibəsində müxtəlif dindar insanlar canlarını fəda etdilər. İslam ümmətinə qarşı bu qeyri-bərabər savaşda şəhid olanlar arasında Türkiyədən də iki nəfər vardır.”
Qazi vurğulayıb: “Adımızın “Şəhidlik Kitabı”na qazi kimi yazılması ilə fəxr edirik və yeri vardır ki, döyüşçülərin batilə qarşı haqq cəbhələrinə yönəldilməsində xüsusi rolu olan Ümmətin İmamına təşəkkür edək və məqamını yüksək dəyərləndirək.”
İ. Məhdəvi qeyd edib ki, dünyada liberalizm və kommunizm rejimlərinin hökm sürdüyü bir dövrdə İslam İnqilabının nuru dünyanın zülmətində parlamağa başladı və bugün vəhy və Əhli-beyt (ə) nuruna bağlı olan bu inqilab İslam ümmətinin qəlblərini işıqlandıra bilmişdir.
Türkiyəli qazi deyib: “Bu qeyri-bərabər müharibədə bütün küfr bütün İslam qarşısında dayanmışdı və 1400 ildən sonra Əlisayağı hökumət yenidən formalaşdı, müsəlmanların küfr rejimlərinə qələbəsi üçün zəminə yarandı.”
O, İranın səkkiz illik müharibəsini qeyri-düzgünlüklərə və təhriflərə qarşı müqəddəs müdafiə kimi qiymətləndirərək bildirib ki, başda Türkiyə olmaqla müxtəlif ölkələrdən insanlar bu müqəddəs cihada qatıldı, İslam ümmətinin izzət və əzəmətini qorumağa səy etdilər.
İ. Məhdəvi batil qarşısında müqəddəs müdafiə dövrünün xatirələrindən və batil əleyhinə haqq cəbhəsində iştirak edən İslam döyüşçülərinin, xüsusilə də Ərdəbil əyalətindən olan döyüşçülərin şücaətlərindən danışaraq deyib: “Aşura Ordusu fədakar bir ordu idi ki, onun döyüşçüləri İslam ümmətinə izzət və əzəmət yaratmaq üçün igidliklə təlaş edirdilər.”
19 Yanvar Dünya Müsəlman Azərbaycanlılar Gününü uca tutan qazi qeyd edib ki, İslam ümmətinin əsas vəhdət amili Əhli-beytə (ə) məhəbbət oxu ətrafında özünü göstərmişdir və şübhəsiz, hər hansı bir dildən, etnik mənsubiyyətdən uzaq olaraq Əhli-beytə (ə) sevgidə birlik və yaxınlaşma axtarmalıyıq. Ümid edirik ki, İslam ümməti bu komponenti qorumaqla İslam dəyərlərini müdafiə edəcək, qlobal və beynəlxalq arenada öz əzəmət və möhtəşəmliyini qoruyub saxlamaqda davam edəcək.
Höccətül-islam İsa Məhdəvi Şəbahət Türkiyədəndir və səkkiz illik Müqəddəs Müdafiənin döyüşçülərindən olmuşdur, müxtəlif mədəni və ictimai sahələrdə iştirak etmişdir.