ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Müsəlman Birliyi”nin fəalı işgəncələrə məruz qalır

Azərbaycanda, lideri həbsdə olan hərəkat üzvünün tutularaq işgəncəyə məruz qaldığı bildirilir.

Qafqaz.ir-nin məlumatına əsasən, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı dünən saxlanılan “Müsəlman Birliyi” Hərəkatının üzvü Razi Hümbətovun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanıldığını və işgəncələrə məruz qaldığını bildirib.

Təşkilat ombudsman aparatını, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyini Hümbətovun taleyini nəzarəti altına götürməyə çağırıb.

Vəkil Cavad Cavadzadə Turan Xəbər Agentliyinə bildirib ki, polis orqanları nə ona, nə Hümbətovun ailə üzvlərinə fəalın saxlanıldığı yeri bildirmir.

Onun sözlərinə görə, Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin qanunsuz narkotik dövriyyəsi maddəsi ilə ittiham irəli sürülüb. Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə o, həbs edilib.

Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Hüquq müdafiəçiləri onun şərləndiyini bildirirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button