Paşinyan: “İlham Əliyevlə söhbətin məzmununu açmaq etikadan kənardır”

Əliyevlə söhbət zamanı ərazilərin qaytarılması və Xankəndinin danışıqlar masasında tərəf kimi çıxış etməsinin müzakirə edilib-edilməməsi sualına cavab verərkən Paşinyan qeyd edib ki, bütün söhbət onun əvvəllər səsləndirdiyi fikirlər çərçivəsində aparılıb: “Mən əvvəllər dediklərimi və mövqeyimi bildirdim. Dedim ki, Qarabağı deyil, Ermənistanı təmsil edirəm, çünki Qarabağ sakinləri Ermənistandakı seçkilərdə iştirak etmirlər və məni seçməyiblər. Onların öz hökumətləri, öz prezidentləri var. Buna görə də, mən Qarabağın adından danışıqlar apara bilmərəm. Mən Ermənistanın adından danışa bilərəm”, – Paşinyan vurğulayıb və əlavə edib ki, müzakirələrin tam məğzini aça bilməz və bu, etikadan kənardır.
Əliyevlə rəsmi danışıqlar məsələsinə toxunan Paşinyan bildirib ki, iki ölkənin XİN rəhbərləri danışıqlar aparırlar və hələlik konkret heç nə yoxdur