qafqaz.ir -un İslamazeri.com-ə istinadən verdiyi xəbərə əsasən, Türkmənistanın paytaxtı Aşqabad və digər vilayət mərkəzlərində spirtli içkilərin satışına dair gizli qadağa qüvvəyə minib.
Bu addım, iyulun 5-i qəbul edilmiş spirtli içkilərin zərərli təsiri ilə mübarizə proqramının bir hissəsidir.
Xatırladaq ki, hələ ötən həftə xəbər verilmişdi ki, ölkənin güc orqanları spirtli içki satışı ilə məşğul olan şəxsi mağazaların kütləvi şəkildə qapadılması ilə məşğuldur.
Həmçinin Aşqabad və digər şəhərlərdə də mağazaların kütləvi şəkildə qapadılması haqda da məlumatlar yayılmışdı.