ArxivSosialXəbər lentiXəbərlər

Müsəlmanlar arasındakı müharibələr İsrailin təhlükəsizliyini təmin edir

qafqaz.ir -ın verdiyi xəbərə görə, İrandan bir heyət Türkiyədə rəsmi səfərdədir.

  “Əl Mustafa” Universitetinin direktoru Ayətullah Əlirza Ərafinin başçılıq etdiyi heyətlə bir neçə din xadimi və dövlət rəsmiləri də  Türkiyə Diyanət İdarəsinin (Dini İdarə) dəvətilə İstanbul və Ankara şəhərlərində olublar.  Ayətullah Əlirza Ərafi dünən İstanbulun “Validahan” məscidində “İmam Səccad”ın mövlud mərasimində iştirak edib.

O mövludla bağlı çıxışında ibadətin növlərindən danışıb, qulların, tacir və aşiqlərin ibadətləri haqqında rəvayətlər haqda məlumat verib. Daha sonra, “Əl Mustafa” Universitetinin direktoru  İslam ölkələri arasında vəhdətin önəminə toxunub və bunları deyib: “Düşmən hər sahədə müsəlmanların inkişafının qarşısını almaq istəyir. Xüsusilə onlar müsəlmanların elmi, iqtisadi və mədəni sahələrdəki inkişafından narahatdılar. İslam düşmənləri ona görə, müsəlman dövlətləri parçalayıb. kiçik dövlətçiklər yaratmaq istəyirlər. Ona görə də, bölgəmizdəki müsəlman torpaqlarda ixtilaflar yaradaraq o torpaqları bölmək arzusundadırlar. İslam düşmənlərinin çoxlu planları vardır. Əsas planları müsəlmanları parçalamaqdırki, buna görə onların irqləri. dilləri və məzhəbləri arasında ixtilaf çıxarıb bir-biriləri arasında müharibə yaradaraq İslam ölkələrini bölmək istəyirlər. Bütün bu planlar çərçivəsində onlar həm İslam ölkələrini bölmək, həm də radikallığı İslam kimi qələmə verərək – İslamın mərhəmət dini olduğu halda şiddət, zorakılıq kimi qələmə verərək dünyada İslama mənfi münasibət bəslənilməsini istəyirlər. Ancaq bunların  əsas hədəfləri İsrailin müdafiə və təhlükəsizliyini təmin etmək, İsrailə qarşı olan müqavimət cəbhəsini isə zəiflətməkdir. Bütün bu işlərin baş verməməsi; fitnə və hiylələrin baş tutmaması üçün İslam alimlərinin, universitet tələbələri və gənclərin məsuliyyətli olub bu şeylərin qarşısında durmaqdır. İran və Türkiyənin bu sahədə böyük məsuliyyəti vardır.”  – See more at: http://islamazeri.az/muselmanlar-arasindaki-muharibeler-israilin-tehlukesizliyini-temin-edir–35396.html#sthash.N4Mt709C.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button