ArxivXəbər lentiXəbərlər

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri polisə aparılıb

Müsavat Partiyasının mətbuat xidmətinin və bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli iyulun 9-da günorta saatlarında 4 nəfər polis əməkdaşı tərəfindən Binəqədi Rayon Polis İdarəsinə aparılıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı Turan-a bildirib ki, polis əməkdaşları əvvəlcə M. Hacıbəylinin evinə gediblər.
Sonra onlar Müsavat Partiyasının qərargahına gedərək M. Haclıbəylinin onlarla Binəqədi Rayon Polis İdarəsinə gedəcəyini bildiriblər. Deyiblər ki, Binəqədi Rayon Polis İdarəsinin rəisi onunla görüşmək istəyir.
Müsavat başqanının qənaətincə, M. Hacıbəylinin polis idarəsinə çağırılması onun rəhbərlik etdiyi bastainfo.com saytı ilə bağlıdır.
Rəsmi qurumlar M. Hacıbəylinin polis idarəsinə çağırılmasının səbəbləri barədə hələ məlumat yaymayıblar. -03B-

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button