ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Opera və Balet Teatrının direktoru işdən çıxarılıb – EKSKLÜZİV

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.
Qafqaz Həqiqətləri informasiya agentliyi “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.
Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.
qafqaz.ir/az