Nəhayət, Space-də “Palatka toyu”nu yığışdırdılar

Görünür, qınaq öz sözünü deməyi bacarıb ki, əyləncə formatında qurulan “Sevimli şou” belə bu gün öz dəsti-xəttindən çıxmalı olub.
Azərbaycan ilə Ermənistan arasında atəşkəsin pozulması və nəticədə itkilərin olması, teleməkanların qeyri-müddətə kimi əyləncəli verilişləri dayandırmasına səbəb olub.
bir sıra kanallar, o cümlədən, Space televizyasının əyləncəli proqramlarına davam etməsi tamaşaçılar tərəfindən sosial şəbəkələrdə qınağa səbəb olmuşdu.
Görünür, qınaq öz sözünü deməyi bacarıb ki, əyləncə formatında qurulan “Sevimli şou” belə bu gün öz dəsti-xəttindən çıxmalı olub.
Siz hər dəfə müğənnilərin toy repertuarını və tamaşaçıları studiyada qol qaldırıb oynamasını görərdiniz. Bu gün isə sənətçilər toy mahnıları deyil, vətənpərvər ruhda ifalar səsləndiriblər.
Bir sözlə, tamaşaçcıların təbirincə desək, “Palatka toyu” deyiminə yol verilməyib. Bu isə izləyicilər tərəfindən də müsbət qarşılanıb./Gecce.az/