ArxivXəbər lentiXəbərlər

Rusiya XİN: Hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ düyününün açılmasını tezləşdirək

Mariya Zaxarova: “Biz sülh prosesinin məsul iştirakçısıyıq”

 “Azərbaycan bizim təkcə siyasi sahədə deyil, iqtisadi və digər sahələrdə də tərəfdaşımızdır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr inkişaf edir. Ümid edirik ki, əlaqələrin bu səviyyəsi qorunub saxlanılacaq və inkişaf etdiriləcək”.

APA-nın  verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. M. Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub: “Bildiyiniz kimi, Rusiya bu münaqişənin nizamlanması prosesinə aktiv şəkildə qoşulub. Biz bu sülh prosesinin məsul iştirakçısıyıq. Ona görə də, hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ münaqişəsi düyünün açılmasını tezləşdirək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button