Biz bu Qur’anda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib batilə uyar).(Əl-Xaf surəsi54)
Dini bir məsələ üstündə mübahisə edirdilər. Ehsan haqlı idi. Amma heç biri susur, geri çəkilmək istəmirdi.
Ona dedim: – Məsələni uzatma, onsuz nə qədər desən də qəbul etməyəcək. Amma Ehsan əl çəkmirdi. Dedim: – Ehsan, imam Hüseyn (ə) buyurub:
“Nadanlığın əlaməti cahillərlə mübahisə etməkdir.”[1]